Birləşmiş Ərəb Əmirliklərində bədbəxt hadisə yaşanıb.
Hadisə Dubay şəhərində baş verib.
Tikinti kranı insanların üzərinə aşıb. 1 nəfər ağır yaralanıb, ətrafdakı 3 avtomobil yanıb.
Sputnik Azərbaycan Daily Star-a istinadən xəbər verir ki, xəstəxanaya aparılan şəxsin vəziyyəti kritikdir.
Dubayda bu gün fırtına olacağı əvvəlcədən bildirilsə də, bəzi tikinti şirkətləri buna məhəl qoymadan işlərinə davam edib.