Tailandda Anq Txonq vilayətində 4 saylı tars yolun üzəri ilə keçən körpü uçub.
"Eurasia Diary" portalının xarici mətbuata istinadən verdiyi məlumata görə, körpünün yolun hərəkət hissəsinə dağılması nəticəsində 3 minik avtomobili və 1 yük avtomobilinə ziyan dəyib.
Qəza nəticəsində 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Məlumata görə, körpü altından üzərində 2 ekskavator olan yük maşını keçərkən zədələnərək uçub.