Avropa İttifaqı məhkəməsi Macarıstandan Almaniyaya gedən ailənin Çexiya ərazisində tutulub saxlanmasını və məcburi şəkildə qaçqınlar üçün nəzərdə tutulan müəssisədə yerləşdirilməsini qeyri-qanuni hesab edib.
Aİ qaydalarına əsasən, qaçqınların Aİ üzvü olan digər dövlətlərə göndərilmək məqsədilə konkret şərtlərə riayət edilməklə tutulub saxlanmasına icazə verilir, lakin Çexiyanın öz qanunvericiliyində bu əməliyyatın həyata keçirilməsi üçün müvafiq qaydalar nəzərdə tutulmayıb.
Çexiya Daxili İşlər Nazirliyi bu haqda çıxarılmış qərarın yazılı versiyası ilə ətraflı tanış olduqdan sonra həmin verdikti kütləvi informasiya vasitələri üçün şərh edəcək.