Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin turistlər arasında populyar olan “Dubai Marina” rayonunda hotellərin birində yanğın baş verib.
“Movenpick Hotel Jumeirah Beach Residence” hotelində başlayan yanğının qarşısı alınıb.
Hotel rəhbərliyi hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.
Hazırda yanğının səbəbləri araşdırılır.
Qeyd edək ki, bu, son 2 həftə ərzində Dubayda məşhur göydələn hotellərdə baş vermiş üçüncü yanğındır.