Hollandiyanın paytaxtı Amsterdamda ev kirayələmək üçün alqı-satqı ofisinə gedən iraqlı qadına "əgər Qərb tərzində yemək bişirəcəksənsə evi görməyə gələ bilərsən" cavabı verilib.
Maysaa Munaf adlı irqalı qadın aldığı bu cavabı sosial şəbəkədə paylaşıb.
"EHR Amsterdam" əmlak şirkətinin müdiri Maykl Rootrinq bildirib ki, ərəblərin bişirdiyi yağlı yeməklərin iyi binanı bürüdüyündən heç kəs əcənibi ilə qonşu olmaq istəmir.
Hollandiya insan haqları müdafiəçisi Naşa Rakraki məsələni araşdıracaqlarını bildirib.