Ötən il “Sitibank”ın Moskvanın Bolşaya Nikitinskaya küçəsində yerləşən şöbəsində 4 nəfəri girov götürən və özünü partladacağı ilə hədələyən və daha sonra polisə təslim olan erməni sahibkar dindirilmə zamanı günahını tam olaraq etiraf edib.
Xarici mətbuat xəbər verir ki, sahibkar Aram Petrosyan öz təqsirini etiraf edən ifadə verib: “Mən günahımı qəbul edirəm”- deyə Petrosyan bildirib.
Sahibkarın vəkili Stanislav Malçev isə bildirib ki, müvəkkilinə qarşı girov götürlən şəxs tərəfindən mənəvi və fıziki zərər qarşılığında 50 min rubl dəyərində vəsadət qaldırılıb.
Qeyd edək ki, hücumdan əvvəl internetdə dərc etdiyi video çarxda Aram Petrosyan müflisləşməsi səbəbindən avqustun 24-də rezonanslı terror törədəcəyini bildirib. (azvision.az)