Səudiyyə Ərəbistanının Məkkə şəhərinin əl-Əziziyyə rayonunda türk zəvvarların qaldığı hoteldə yanğın olub.
600 nəfərin qaldığı hotel binasının 8-ci mərtəbəsindəki kondisioner yanıb.
Hadisə nəticəsində zərərçəkən olmayıb.
Qeyd edək ki, Həcc ziyarəti üçün Məkkəyə təqribən 2 milyon müsəlmanın gedəcəyi gözlənir.