Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampa məktub yazmağa hazırlaşır.
Associated Press bildirir ki, bunu Venesuelanın xarici işlər naziri Horxe Arreas deyib.
Onun sözlərinə görə, venesuela lideri bunu ondan ötrü edir ki, iki ölkənin münasibətləri hərbi yox, diplomatik olsun.
Xatırladaq ki, avqustun 12-də Tramp Vaşinqtonun Venesuelaya münasibətdə "hərbi variant"ı istisna etmədiyini bildirib. O həmçinin, Venesuela liderinin əvvəlcədən xahiş etməsinə baxmayaraq, onunla telefonla danışmaqdan imtina edib. (Virtualaz.org)