Üç iranlı zəvvar Məkkədə infarkt keçirərək vəfat edib.
Bu barədə “Yolpress” qəzeti məlumat yayıb.
Bununla da Məkkədə ölən İran zəvvarlarının sayı səkkizə çatıb. Ölən üç zəvvardan biri azərbaycanlıdır.
Qeyd edək ki, Həcc ziyarətinin əvvəlində beş iranlı zəvvar vəfat edib.