Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İrəvan ofisi fəaliyyətini rəsmən dayandırıb.
“İnterfaks” xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, ATƏT-in Daimi Şurası Ermənistanda təşkilatın nümayəndəliyinin mandatının uzadılması məsələsində konsensus əldə edə bilməyib.