Gürcüstan Ermənistanın Tiflisə göndərəcəyi yeni səfiri - politoloq Sergey Minasyanı qəbul etməkdən imtina edir.
Bunu “Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Minasyanın Tiflis üçün arzuolunmaz şəxs olduğunu bildirib.
Gürcüstan hökuməti Minasyanın Tiflisdə Ermənistanı yox, Rusiyanı təmsil edəcəyindən şübhələnir.