Ərdoğanı canlı ələ keçirin, əllərini arxadan bağlayın, diz çökmüş vəziyyətdə fotosunu çəkin.
Axar.az “Aydınlıq”qəzetinə istinadən xəbər verir ki, bu sözləri FETÖ terror təşkilatının lideri Fətullah Gülən 15 iyul hərbi çevriliş cəhdindən əvvəl təlimat verərkən deyib.
Qəzetin əldə etdiyi məlumata görə, Gülən çevrilişdən əvvəl Ərdoğanın həbs olunmasını, əl-qolu bağlı və diz çökdürülmüş vəziyyətdə onunla danışdırılmasını, həmin anların videoya çəkilməsini istəyib.