Myanmada Arakan ştatında yaşayan müsəlmanlara qarşı soyqırım davam edir.
Etnik təmizləmələrə məruz qalan rohinca müsəlmanları qaçaraq qonşu Banqladeşə pənah aparırlar.
Banqladeşin Myanma ilə sərhədindəki Koks Bazar bölgəsinə artıq 380 min müsəlman rohinya yığışıb.
Myanmadakı rohinyaların sayı 1,1 milyon nəfərdir.
Bu insanlara Myanmada vətəndaşlıq verilmir, onlar iş, təhsil və səhiyyə imkanlarından tam məhrum olunublar.
BMT-nin baş katibi Antonio Qutyerriş Myanmada rohinyalara qarşı yeridilən siyasəti etnik təmizləmə adlandırıb.