Rusiyada təşkil edilən “Music Box – 2017” mükafatlandırma mərasimi qalmaqalla yadda qalıb.
Xarici mətbuat xəbər verir ki, hadisə qırmızı xalı üzərində, onlarla foto və videokameranın qarşısında baş verib. Erməni əsilli müğənni Alina Yan müsahibə zamanı çantasını rusiyalı aparıcının başına vurub. Eyni zamanda, o, xəyanətə görə teleaparıcıdan yeni ayrıldığını söyləyib.
A.Yan qırmızı xalını tərk etmək üzrə ikən, yenidən aparıcını vurub. Bundan sonra teleaparıcı onu itələyib və müğənni divara dəyib.(oxu.az)