Qırğızıstanla sərhədin gücləndirilməsində məqsəd qeyri-leqal idxalın qarşısını almaqdır.
Bu barədə informasiyanı Qazaxıstanın İnformasiya və Kommunikasiya Nazirliyi yayıb.
Qeyd edək ki, Qazaxıstanın Qırğızıstanla sərhəddə yoxlamaları artırması böyük növbələrin meydana gəlməsinə səbəb olub. Qırğızıstan Prezidenti Almazbek Atambayev Qazaxıstanın bu addımını blokada kimi dəyərləndirib. Atambayev sərhəddə vəziyyətin düzəlməsi üçün Astanaya üç gün vaxt verdiyini bildirib. Bu gerçəkləşməyəcəyi təqdirdə isə Qırğızıstanın Avrasiya İttifaqının sammitini çağıracağını söyləyib. (Axar.az)