Nyu-Yorkda terror aktı törətməkdə şübhəli bilinən şəxsin kimliyi bəlli olub. APA-nın “CBS News”a istinadən verdiyi xəbərə görə, həmin şəxsin Florida ştatının sakini Sayfullo Saipov olduğu bildirilir.
Saxlanılan 29 yaşlı şəxsin Tampa şəhərində yaşadığı qeyd olunur. Məlumata görə, Sayfullo Saipov Özbəkistan vətəndaşıdır.
Qeyd edək ki, yük maşını idarə edən şəxs avtomobili velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Avtomobildən düşən sürücünü polislər atəş açaraq yaralayıblar. Onun əlində peyntbol tapançası olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, sürücü avtomobili tərk edərkən “Allah Əkbər” deyə qışqırıb.
Son məlumata görə, hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb. Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib.