Almaniyanın baş naziri Angela Merkelin evinin fotoları yayılıb.
Xanım kansler işdən sonrakı asudə vaxtını paytaxt Berlinə yaxın Bradenburq əyalətinin Tremplin şəhərində yerləşən bu evində keçirir.
Bağ-bağçada çalışmağı çox sevən Merkelin bu evi kirayələdiyi və özünün şəxsi mənzilinin olmaması deyilir.
Angela Merkel kansler olduqdan sonra xidməti mənzilə köçməkdən imtina edərək Tremplindəki bu evi kirayə tutub.
Məlumat üçün bildirək ki, Tremplin şəhər mərkəzi paytaxt Berlində 1 saatlıq məsafədə yerləşir. Merkelin kirayə tutduğu ev isə, Tremplinlə Berlinin sərhəddindədir.
Elə bu səbəbdən də xanım Kansler hər gün işə yarım saatdan da az bir müddətə gedə bilir.