Rusiyanın “Gazeta.ru” saytı Ukrayna Prezidenti Pyotr Poroşenko ilə bağlı xəbərində səhvə yol verib.
Sayt məqalədə Poroşenkonu Rusiya prezidenti kimi təqdim edib.
“Rusiya Prezidenti Pyotr Poroşenko Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərarlarına görə Avropa Birliyi ölkələrinin liderlərinə təşəkkür edib”, - saytın məqaləsində yazılıb.
Qeyd edək ki, AB-nin Rusiyaya sanksiyaları uzatmasıyla bağlı qərarı ötən gün verilib. (Axar.az)