Qvatemala Prezidenti Cimmi Morales Xarici İşlər Nazirliyinə ölkənin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini istəyib.
Morales bu barədə informasiyanı öz Feysbuk səhifəsində yayıb. O, bu qərarı İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra qəbul etdiyini bildirib.
Qeyd edək ki, Qvatemala bundan öncə ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi qərarını dəstəklədiyini açıqlamışdı.