Nümayişlərin 3-cü və sonrakı günlərində saxlanılan şəxslərin cəzaları daha ağır olacaq.
Bunu “Tasnim” agentliyinə açıqlamasında Tehran İnqilab Məhkəməsinin sədri Musa Qəzənfər Abadi söyləyib.
“Daxili İşlər Nazirliyi nümayişlərin qeyri-qanuni olduğunu desə də, bu şəxslər qəsdən cəmiyyətdə qarışıqlıq yaratmağa və rejimi kökündən sarsıtmağa çalışıblar. Həbs olunanlar regional təhlükəsizliyi pozmaq və ictimai yerlərə zərər vurmaq kimi ağır maddələrlə ittiham oluna bilərlər”, - deyə o bildirib.
M.Q.Abadi həmçinin nümayişlərə rəhbərlik edən şəxslərdən birinin xarici ölkə kəşfiyyatı ilə əlaqəli olduğunu deyib.