Mahmud Əhmədinejadın vəkili Adil Heydəri müvəkkili barədə yayılan məlumatların doğru olmadığını bildirib.
x x x
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad həbs olunub.
Bu barədə Əl Qüds Əl Ərəbi saytı məlumat yayıb.
Saytın məlumatına görə, 61 yaşlı keçmiş prezident İranda dekabrın 28-də baş verən iğtişaşları dəstəkləməkdə ittiham olunur.
Məsələ ilə bağlı İran hökuməti heç bir açıqlama verməyib.