Mərakeş ordusu “Polisario” separatçı təşkilatının fəaliyyəti nəticəsində Mavritaniya ilə sərhəddə yaranan gərginliyə görə döyüş hazırlığı səviyyəsinə gətirilib.
Qərbi Saxarada fəaliyyət göstərən separatçı “Polisario” təşkilatının son vaxtlar fəallaşması və Mərakeş-Mavritaniya sərhədində qanunsuz nəzarət-keçid məntəqələri qurması gərginliyə səbəb olub. Mərakeş “Polisario”nun son vaxtlar atdığı addımları BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmətsizlik və 1991-ci ildə əldə olunan atəşkəs razılaşmasına zidd hesab edir.
Mərakeş ordusu döyüş hazırlığı səviyyəsinə gətirilib və Mavritaniya ilə sərhəddəki Gergerat bölgəsi yaxınlığında toplanıb. Bölgəyə helikopterlər və hərbi texnika cəlb olunub.(axar.az)