Tailandın cənubundakı Yala vilayətində marketlərdən birinin qarşısında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yerli KİV xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Bildirilir ki, partlayıcı maddə yerləşdirilmiş motosiklet marketin girişində partlayıb.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. İnsidentin terror aktı və ya adi cinayət olduğu hələlik məlum deyil.