Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya üzərində əhəmiyyətli qələbədən danışıb.
Dövlət başçısı Ukraynanın artıq 2 ildir Rusiyadan təbii qaz almadığını bildirib.
“Ukrayna iki ildən çoxdur Rusiyadan qaz almır. Biz Rusiyanı Stokholm Arbitraj Məhkəməsində udduq. Qaz Rusiyanın əllində silah olmamalıdır”, - Poroşenko Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, Moskva Kiyevə siyasi təzyiq metodu kimi qazdan daha istifadə edə bilmir.
“Həmçinin “Şimal axını-2” qaz kəməri haqqında danışıqların energetika təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur. Bu, Avropa İttifaqının möhkəmliyini sınaqdan keçirmək üzrə Rusiyanın metodudur”, - Poroşenko yekunlaşdırıb.(publika.az)