Türkiyə ilə istənilən səviyyədəki problemin həlli üçün səy göstəririk.
Bu sözləri “Haberturk” müxbiri Nalan Koçakın “Türk və ABŞ orduları Menbiçdə üz-üzə gələ bilər?” sualına cavab verərkən Pentaqon sözçüsü Adrian Qallovey deyib.
“Bunu edərkən Türkiyənin təhlükəsizlik qayğılarını nəzərə alırıq. İŞİD-ə göstərilən təzyiqin azalmamasına çalışırıq. Bu problem ancaq qarşılıqlı əməkdaşlıqla həll edilə bilər. NATO-dakı müttəfiqimizin yanındayıq. Türk rəsmilərlə həll barədə müzakirələrimizi davam etdirəcəyik”, - Qallovey bildirib.
Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyənin Menbiç əməliyyatına başlayacağı halda belə əsgərlərini ərazidən çəkməyəcəyini bildirmişdi.(axar.az)