YPG terror təşkilatı türk ordusunun Afrindən sonrakı hədəfi olan Menbiçdə hazırlıqlara başlayıb.
Bu barədə “Qərar” qəzeti məlumat yayıb.
YPG-çilər Menbiçdə xəndək və tunellər qazmağa çalışsalar da, yerli əhali buna izn vermir. Əksəriyyəti ərəblərdən ibarət olan menbiçlilərin YPG-yə qarşı qəti mövqe sərgilədiyi, hətta sözügedən terror təşkilatını boykot etdiyi vurğulanıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrindən sonrakı hədəflərinin Menbiç olduğunu açıqlamışdı.(axar.az)