YPG-yə verilən silahların doğru məqsədlə istifadə edildiyindən əmin olmaq üçün avadanlıq və ləvazimatlar işarələnib.
Bu barədə Pentaqonun Baş Müfəttişliyinin hesabatında bildirilib.
Hesabatda həmçinin ABŞ-ın Suriyada indiyə qədər 12.500 nəfərə təlim keçdiyi və bunlardan 11 mininin Suriya Demokratik Qüvvələrinin üzvü olduğu bildirilib.
PKK-PYD terror qruplaşmasının qolu sayılan SDQ üzvlərindən ibarət 3 min nəfərlik Rakka Daxili Təhlükəsizlik Qüvvələri yaradıldığı da qeyd olunub.
Hesabatda xüsusən PYD-yə verilən və işarələnən silahları Pentaqonun izlədiyi vurğulanıb. (axar.az)