Rusiyanın Qərb Hərbi Dairəsinin raket briqadası Həştərxanda taktiki təlimlər keçirəcək.
Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik təlim zamanı İsgəndər-M raketindən atışların həyata keçiriləcəyini bildirib.
Təlimin 2 martda baş tutacağı vurğulanıb.
Raket atışının “Kapustin Yar” poliqonunda keçirilməsi nəzərdə tutulub. (axar.az)