Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərinə yaxınlaşan terrorçuların konvoyuna zərbələr endirib.
Türkiyə mətbuatı xəbər verir ki, konvoyun vurulma anının videosu TSK-nin Youtube hesabına yüklənilib. Lakin bir neçə dəqiqə sonra Youtube videonu uyğunsuz hesab edib və silib.
Görüntülər daha sonra TSK-nin Tvitter hesabına yüklənilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. (milli.az)