Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Suriyada 30 günlük atəşkəs qərarını məmnuniyyətlə qarşılayıblar.
Bununla bağı Yelisey sarayından məlumat verilib.
Liderlər qərarı dəyərləndirmək və gələcək addımları müzakirə etmək üçün telefon danışığı həyata keçiriblər.
Makron və Merkel Suriya qərarını Rusiya Prezidenti Vladimir Putinlə birgə müzakirə etməklə bağlı razılığa gəliblər.(teleqraf.com)