Serj Sərkisyanın baş nazir olması Yelk bloku üçün qəbuledilməzdir.
Bunu “Azadlıq” radiosuna müsahibəsində Yelk Blokundan olan deputat Nikol Paşinyan söyləyib.
“Biz hazırda buna qarşı yol xəritəsini müzakirə edirik. Bizim küçə mübarizəsini başlatmaq haqqında heç bir qərarımız yoxdur. Mən əllərimi yanıma salıb, Sərkisyanın baş nazir olmasını izləyə bilmərəm. Ermənistan xalqı artıq hakimiyyət dəyişikliyi ilə bağlı böyük imkanı əlindən verib, lakin bu, son imkan deyil”, – deyə o bildirib. (axar.az)