Keniyanın paytaxtı Nayrobi şəhərində 6 mərtəbəli bina uçub. 8 nəfər ölüb. "Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, uçqun altından 121 nəfəri xilas etmək mümkün olub.
Ölən və xəsarət alanların sayının artacağı istisna olunmur. Məlumata görə, xilasedicilər hələ də uçqun altında qalanları xilas etməyə çalışırlar.
Hadisə yerindən 150 ailə təxliyə olunaraq müvəqqəti düşərgədə yerləşdirilib. Uçquna səbəb binanın keyfiyyətli standartlara cavab verməməsi olub. Binanın qəzalı vəziyyətdə olması əvvəlcədən məlum imiş. Keniyada evlərin çoxu keyfiyyətsiz tikilib.