Almaniya miqrantların yaşamaq istədiyi ölkələr arasında birinci yeri tutur.
Xarici KİV xəbər verir ki, miqrantlar Almaniyadan qovulmamaq üçün yeni bir üsul tapıb. Belə ki, onlar öz şəxsiyyət vəsiqələrini məhv edirlər. Nəticədə onların hansı ölkədən gəldikləri bilinmir və qanuni şəkildə Almaniyadan çıxarılmaları qeyri-mümkün olur. Bü üsuldan istifadə edilməsi nəticəsində Almaniyada qalan miqrantların sayı 71% artıb. Qeyd edək ki, onların sayı hal-hazırda 65 mindən çoxdur.