Respublika Partiyası Serj Sərkisyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək.
Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Diasporlarla İş üzrə naziri Qranuş Akopyan deyib.
Qeyd edək ki, Ermənistanda yeni baş nazirin adı aprelin 2-də bəlli olacaq. Baş naziri parlament seçəcək. Bununla da Ermənistan parlamentli idarəetmə sisteminə keçəcək.