Türkiyə ilə Yunanıstan arasında son vaxtlar yaşanan gərginliklə əlaqədar qarşılıqlı açıqlamalar davam edir.
Son açıqlama Yunanıstan Prezidenti Prokopis Pavlopulosdan gəlib.
O, Türkiyəni təhdid edib: “Bizim sərhədlərimiz Avropa Birliyinin sərhədləridir. Buna görə məsuliyyətimiz daha çoxdur.
Haqqımızdan artıq olanı istəmirik. Əlimizdə olanları müdafiə edəcəyik. Lazım gəlsə, çəkinmədən qan axıdacağıq”.