ABŞ-la müharibəyə rəsmi şəkildə son veriləcəyi halda, Şimali Koreyanın nüvə silahına ehtiyacı qalmayacaq.
Bu sözləri Şimali Koreya lideri Kim Çen İn deyib.
“Əgər ABŞ-la görüşlərimiz tez-tez baş versə, aramızda inam yaradılsa, toxunulmazlıq və müharibənin dayandırılması haqqında saziş əldə olunsa, o zaman nüvə silahı əldə etmək və çətin şəraitdə yaşamaq nəyə lazımdır?” - Şimali Koreya lideri deyib.