Qazaxıstanın Kokşetau şəhərində yerləşən ticarət mərkəzlərindən birində genişmiqyaslı yanğın baş verib.
Yanan binadan 35 nəfər təxliyə edilib.
Yanğın söndürülməsi əməliyyatına 10 ədəd texnika və 45 yanğınsöndürən cəlb olunub. Hadisə nəticəsində ümumilikdə 400 kvadrat metr ərazi yanaraq kül olub. Yanğın zamanı itki qeydə alınmayıb.