Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Amerika Birləşmiş Ştatlarının tələbi ilə Qəzzadan İsrailə minomyot hücumları ilə bağlı toplantı keçirib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Fələstin xalqının beynəlxalq səviyyədə qorunma tələbi ilə əlaqədar: “Qəzza xalqının xaricdən müdafiə olunmağa ehtiyacı yoxdur, Qəzza xalqı Həmasdan qorunmalıdır. Həmasın fəaliyyətləri Qəzza xalqını təhlükəyə atır” deyib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasily Nebenziya gərginliyin daha çox artmaması üçün hər iki tərəfi maksimum təmkinli olmağa çağırıb.
Rusiyanın iki dövlətli həll əsasında paytaxtı Şərqi Qüds olan bir Fələstin dövlətinin qurulmasını dəstəklədiyini deyən Nebenziya: “Beynəlxalq ictimaiyyətin Fələstini tərk etməyə haqqı yoxdur” deyib.
Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur BMT TŞ-dan İsrailin işğalı qarşısında müdafiəsiz Fələstin xalqını qorumağı tələb edib.