İspaniya sahillərində 569 miqrant xilas edilib.
Alboran dənizində, Cəbəllütariq boğazında, Atlantik okeanın Kanar adaları yaxınlığında 21 qayıq aşkar olunub.
Xilas edilənlərin çoxu qadınlar və uşaqlardır. Xilasetmə işləri gəcə yarısından başlayıb. Günün sonunda aşkarlanan miqrantların sayının artacağı gözlənilir.
İspaniyada hava şəraitinin mülayim keçməsi son həftələrdə regionda miqrant axınını artırıb.