Putinin Ərdoğana zarafatından bir gün sonra başladı... | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


Putinin Ərdoğana zarafatından bir gün sonra başladı...

Dünya A- A A+

Rusiya Türkiyəyə ət ixracına başlayıb.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Qordeyev danışıb.

“Rusiyadan ət ixracı üçün Türkiyə özəl bir bazardır. Aramızda ət ixracı barədə keçirilən danışıqların çox incə və həssas detalları var. Bir çox bürokratik maneə aradan qaldırıldıqdan sonra ətin ilk partiyası Türkiyəyə göndərildi”, - Qordeyev bildirib.

Qeyd edək ki, prosesin CAR-da keçirilən BRİKS zirvəsində Putinin Ərdoğana “ Sizinlə Türkiyədəki restorana rus əti gəldikdən sonra gedərəm” deməsindən bir gün sonra başlaması isə diqqət çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...