“ABŞ Türkiyənin kürəyinə zərbə vurdu” - Ərdoğan | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


“ABŞ Türkiyənin kürəyinə zərbə vurdu” - Ərdoğan

Dünya A- A A+

“Bir tərəfdən, siz strateji ittifaq haqqında danışırsınız, digər tərəfdən öz partnyorunusun kürəyinə zərbə vurursunuz. Biz bunu qəbul edə bilmərik”.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ölkəsinə qarşı hücumlarını şərh edərkən deyib.

Türkiyə lideri qeyd edib ki, Ankara ABŞ-ın sanksiyalar vasitəsilə təzyiqinə təslim olmaq niyyətində deyil. Dövlət başçısı həmçinin sosial şəbəkələrdə müşahidə edilən “iqtisadi terrorizm”dən danışıb. Ərdoğanın sözlərinə görə, ölkə prokurorluğu belə hərəkətlərin təşəbbüskarları ilə məşğul olacaq.

Bundan başqa, prezident bildirib ki, Ankara öz maraqlarını nəzərə alaraq Moskvayla münasibətləri inkişaf etdirməyə davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...