Myanma məhkəməsi iki Reuters jurnalistinə Rəsmi Sirlər Aktının müddəalarını pozduğuna görə yeddi il azadlıqdan məhrum etmə cəzası verib.
Va Lon və Kya Soy O 2017-ci il Dekabrda Rohingyada kütləvi qırğının araşdırılmasını aparırdı. Bu qırğın 700 min müsəlmanın regionu tərk etməsi ilə nəticələnmişdi.
Hökm keçən həftənin bazar ertəsi verilməli idi, lakin hakimin səhhətinin pisləşməsinə görə bir həftə ertələnmişdi.
Jurnalistlər “Biz heç bir xəta törətməmişik”, deyə söyləyiblər.
Myanmalı hüquqşünas bu hadisənin demokratiya və mətbuat azadlığına qarşı olduğunu açıqlayıb.
BMT Myanmadan hər iki jurnalistin sərbəst buraxılmasını tələb edərək, bu hökmün insan haqqlarına zidd olduğunu bildirib.