Almaniya Rusiyanın şərqi Ukraynada rus-meyilli üsyançının ölümündən sonra diplomatik danışıqların davam etdirilməsinin lehinədir.
“Biz bütün tərəfləri konstruktiv danışıqlara çağırırıq” Almaniya Kanslerinin mətbuat katibi Ştefen Saybert Berlində müsahibəsində deyib.
“Münaqişənin artmasının qarşısının indidən alınması çox vacibdir” deyə Saybert söyləyib
Separatçı Donetsk hakimiyyətinin lideri Zaxarçenkonun ölümündən sonra Rusiya, Ukrayna, Almaniya və Frasnanın iştirakı ilə dördtərəfli danışıqlar gərginləşdi.
Lavrov bu hadisələri danışıqlara mane olan provakasiya kimi qiymətləndirir.
2014-cü ildə Sentyabrda Almaniya, Fransa və Rusiyanın vasitəçiliyi ilə Ukrayna höküməti ilə üsyançılar arasında ilk razılaşma Belarusiyanın paytaxtı Minsk şəhərində əldə olunub. Lakin, Ukrayna höküməti və üsyançılar arasında baş vermiş zorakılıq aktları bu razılaşmanın yerinə yetirilməsinə mane olur.