Fransa qoşunları Suriyada? - VİDEO | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Fransa qoşunları Suriyada? - VİDEO

Dünya A- A A+

Fransız hərbi nəqliyyat vasitəsinin Suriyada Der əz-Zor əyalətində şəklinin paylaşılması Fransanın Suriya münaqişəsində iştirakı ilə bağlı sualları ortaya çıxardı. Bu barədə Eurasia Diary “RT”-yə istinadla xəbər verir. Şəkillər ABŞ ordusu tərəfindən sosial mediyada paylaşılıb.

Sözügedən vasitə Fransız ordusunun "Aravis" piyada hərəkətçiliyi vasitəsinə bənzər, bir lülə ilə təchiz edilmiş təkərli, zirehli piyada daşıyıcısıdır. Hərbi vasitə ABŞ qoşunlarının şərq əyalətində İŞİD ilə mübarizə aparan Suriya silahlılarına dəstək göstərdiyi şəklin arxa fonunda görülmüşdür.

Qeyd edək ki, Fransa ordusu Der əz-Zorda qoşunlarının olması ilə bağlı heç bir məlumat paylaşmamışdır. Lakin, ABŞ Müdafiə Naziri Ceyms Mattis Fransanı ABŞ-a İŞİD-ə qarşı savaşda dəstək üçün hərbi dəstələr göndərdiyini bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...