Eurasia Diary “Bloomberg”ə istinadən xəbər verir ki, dünən ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emanuel Makron bir çox beynəlxalq məsələlər barədə müzakirələr aparıblar.
Hər iki ölkə Suriyanın İdlib bölgəsində yaşayan insanların təhlükəsizliyinin təminatında Türkiyə ilə əməkdaşlığın vacibliyinə toxunub.
İran barədə isə ABŞ sanksiyalar ilə İran iqtisadiyyatını zəiflədərək onları nüvə proqramından imtina etdirmək fikrindən daşınmayacağını bəyan edib.
Aİ və ABŞ arasında ticarət əlaqələrinə toxunan Makron yüksək tariflərdən danışıb, lakin hər iki ölkə rəhbəri danışıqların davamını dəstəkləyib.