Londonun sabiq meri Boris Conson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında ən təhqiredici şeir müsabiqəsində qalib gəlib.
Bu barədə “Spectator” xəbər verib.
Conson öz şeirində Ərdoğanı “keçi ilə əyyaş həyatı keçirən şəxs adlandırıb”.
Sabiq London meri İsveçrənin “Die Weltwoche” nəşrinə müsahibəsində bildirib ki, istənilən Avropa ölkəsində hər bir şəxs Türkiyə liderinin ünvanına sərt zarafatlar etmək imkanına malik olmalıdır.
Müsaqbiqədə qalib gəldiyi üçün Conson 1,5 min dollar (2,254 min manat) qazanıb.
"AzVision.az"