Mursini hökumət öldürüb - Müsəlman Qardaşları | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


Mursini hökumət öldürüb - Müsəlman Qardaşları

Dünya A- A A+

Müsəlman Qardaşları təşkilatı Məhəmməd Mursinin ölümünə görə məsuliyyəti Misirin indiki hakimiyyətinin üzərinə atıb.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, təşkilat yaydığı bəyanatda olayın qətl olduğunu bildirib.

Beynəlxalq İnsan Haqları təşkilatı da Misir hökumətini tənqid edib. Təşkilat yaydığı bəyanatda Mursinin ölümünün dəhşətli, amma gözlənilən olduğunu bildirib. Hüquq müdafiəsi təşkilatı keçmiş prezidentə hakimiyyət tərəfindən heç bir tibbi yardım göstərilmədiyini bəyan edib.

Qeyd edək ki, Mursi dünən məhkəmə zalında vəfat edib. Sabiq prezidentin məhkəməyə çağırılmasına səbəb hökumətin ona qarşı irəli sürdüyü HƏMAS lehinə casusluq etmək iddiası olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...