Rus səfirin qətlinin görüntülərinin yayımlanması ilə bağlı TRT əməkdaşları saxlanılıb | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Rus səfirin qətlinin görüntülərinin yayımlanması ilə bağlı TRT əməkdaşları saxlanılıb

Dünya A- A A+

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin görüntülərinin TRT telekanalında yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində əməliyyat keçirilib.

Eurasia Diary-nin APA-ya istinadən verdiyi xəbərə görə, polisin prokurorluğun təqdimatı ilə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatının üzvü olan 6 nəfər saxlanılıb.

Onlardan 5 nəfəri TRT əməkdaşıdır. Bir nəfər isə əvvəllər telekanalda çalışıb.

Qeyd edək ki, 19 dekabr 2016-cı ildə Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...