Eurasia Diary-nin “RİA Novosti”yə istinadla məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
“Prezident Tramp aydın şəkildə çatdırıb ki, biz ilkin şərtlər olmadan İranla danışıqlara başlamağa hazırıq. İranlılar davamlı olaraq deyirlər: “ABŞ bir addım atarsa, biz də danışıqlara başlayarıq”. Danışıqlar problemin həlli üçün doğru yoldur”, - deyə dövlət katibi bildirib.