“NATO ABŞ-ın öz silahlarını müttəfiqlərinə sata bilməsi üçün mövcuddur" - Rusiyadan ABŞ-a sərt mesaj | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


“NATO ABŞ-ın öz silahlarını müttəfiqlərinə sata bilməsi üçün mövcuddur" - Rusiyadan ABŞ-a sərt mesaj

Dünya A- A A+

Türkiyənin Rusiyadan S-400 raket kompleksi almasından sonra dünya mediasında ard-arda fərqli fikirlər yer alır.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Əsas müzakirə mövzularından biri ABŞ-ın Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq etməsi məsələsi idi.

Rusiya Dövlət Duması Xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov da öz növbəsində gündəmdən düşməyən S-400-dən sonra ABŞ -Türkiyə arasında yaşanan gərginliyə münasibət bildirib.

O,  ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəməsi məsələsini daha sərt şərh edib. 

 Puşkov öz tviter hesabındakı açıqlamasında bunları deyib:

“Ankara sözə qulaq asıb özünə lazım olmayan "Patriot"ları almalıydı ki, indi ABŞ Türkiyəni sanksiyalarla təhdid etməsin”. 

“ABŞ-ın öz silahlarını müttəfiqlərinə satması NATO-nun varolma səbəbidir. İndi ittifaqdakılar istədikləri qədər üzvlərinin bərabər hüquqlara sahib olmasından danışsınlar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...